Üçqat dünya və üçqat Avropa çempionları Bakıda!
10.08.2009 - 17:32
Üçqat dünya və üçqat Avropa çempionları Bakıda!
2010-cu il dünya çempionatının seçmə qrup mərhələsində Azərbaycan milli komandası ilə qarşılaşacaq Almaniya yığması bu gün saat 17:20 radələrində Bakıya gəlib. Apasport.az saytının məlumatına görə, Heydər Əliyev Beynəlxalq Hava Limanında almanları jurnalistlərlə yanaşı, bir qrup azarkeş də qarşılayıb.

Lakin nə baş məşqçi Yoahim Löv, nə də onun yetirmələri media nümayəndələri ilə ünsiyyətə giriblər. Üçqat dünya və üçqat Avropa çempionları dərhal onları gözləyən avtobusa doğru yollanıblar. Yalnız “Bavariya”nın yarımmüdafiəçisi Bastian Şvaynştayger azarkeşlərə avtoqraf verib. Almanlar “Hyatt Regency” otelində məskunlaşıblar.

Xatırladaq ki, Azərbaycan və Almaniya milli komandaları arasında ilk rəsmi matç avqustun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
0