MOİK revanş çıxa biləcəkmi?
10.08.2009 - 18:41
MOİK revanş çıxa biləcəkmi?
Mərkəzi Ordu İdman Klubunun (MOİK) 2009/10 mövsümünə hazırlıq prosesi çərçivəsində növbəti rəqibi müəyyənləşib. Klubun mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, “hərbçilər” sabah Premyer Liqa təmsilçisi “Standard”la üz-üzə gələcək.

Baş məşqçi Ramil Əliyevin komandası rəqiblə sabah saat 18:00-da Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda qarşılaşacaq.

Bu, MOİK və “Standard” arasında son 18 gündə ikinci yoxlama matçı olacaq. İyulun 24-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilmiş ilk oyunda ordu klubu 2:4 hesabı ilə uduzmuşdu. Sabahkı görüşdə “hərbçilər” Premyer Liqa komandasından revanş çıxa bilər.

Qeyd edək ki, “Standard” MOİK-lə matçdan 3 gün sonra, yəni avqustun 14-də ölkə çempionatının I turu çərçivəsində “Muğan”ın qonağı olacaq.
0