Əmrə Belözoğlu Türkiyə milli komandasından uzaqlaşdırıldı
11.08.2009 - 10:20
Əmrə Belözoğlu Türkiyə milli komandasından uzaqlaşdırıldı
“Fənərbaxça”nın yarımmüdafiəçisi Əmrə Belözoğlu Türkiyə milli komandasının heyətindən uzaqlaşdırılıb. Apasport.az saytının məlumatına görə, buna səbəb 29 yaşlı futbolçunun zədələnməsidir.

O, Türkiyə Superliqasının ilk turunda “Dənizlispor”la görüşdə sıradan çıxıb. Həmin matçı yarımçıq dayandıran Əmrə sonra tibbi müayinədən keçib. Həkimlər onun müalicə olunmasının vacibliyi barədə rəy veriblər. Nəticədə yığmanın baş məşqçisi Fatih Terim Əmrənin adını Ukrayna ilə keçiriləcək yoldaşlıq görüşünə çağırılmış futbolçuların siyahısından çıxarıb.

Qeyd edək ki, “ay-ulduzlular” Ukrayna ilə sabah səfərdə qüvvələrini sınayacaqlar.
0