Vaqif Sadıqov İsveçə niyə gedir?
11.08.2009 - 10:55
Vaqif Sadıqov İsveçə niyə gedir?
Dünya çempionatının seçmə qrup mərhələsində rəqiblərimizdən olan Finlandiya yığması avqustun 12-də Solna şəhərinin “Rasunda” stadionunda İsveç milli komandası ilə yoldaşlıq görüşü keçirəcək. Apasport.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, bu oyunu izləmək üçün yığmamızın məşqçisi Vaqif Sadıqov İsveçə yollanacaq. Səfərdə məqsəd finlər barədə lazımi məlumatları toplamaqdır.

Qeyd edək ki, Azərbaycan yığması Finlandiyaya qarşı sentyabrın 5-də Lənkəranda mübarizə aparacaq.
0