Kim, harada, saat neçədə?
11.08.2009 - 11:19
Kim, harada, saat neçədə?
XVIII Azərbaycan Premyer Liqasının ilk turunun oyunlarının başlama saatları müəyyənləşib. Peşəkar Futbol Liqasının mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, birinci turun matçları müxtəlif saatlarda start götürəcək.

Avqustun 14-də başlanacaq çempionatın açılış oyunu Salyanda keçiriləcək. Yerli "Muğan"ın "Standard" klubu ilə görüşü saat 18:00-da başlanacaq. Ertəsi günü bir, bazar günü isə iki qarşılaşma oynanılacaq ki, onların da start fitləri arasında 2 saat fərq olacaq.

Qeyd edək ki, birinci turun “Xəzər-Lənkəran” - “Bakı” və “Turan” - “Qarabağ” oyunları təxirə salınıb.

14 avqust
18:00. “Muğan” (Salyan) – “Standard” (Sumqayıt)

15 avqust
19:00 "İnter" (Bakı) - "Karvan" (Yevlax)

16 avqust
18:00 "Qəbələ" (Qəbələ) - "Simurq" (Zaqatala)
20:00 "Olimpik-Şüvəlan" (Bakı) - "Neftçi" (Bakı)
0