Səkkiz futbolçu “Tvente”dən ayrıldı
11.08.2009 - 12:01
Səkkiz futbolçu “Tvente”dən ayrıldı
Avropa Liqasının dördüncü təsnifat mərhələsində Ağdamın “Qarabağ” klubu ilə qarşılaşacaq “Tvente”nin (Hollandiya) 8 futbolçusu komandanın düşərgəsini tərk edib. Apasport.az saytının məlumatına görə, onlara dəvət aldıqları milli komandalara qoşulmaq üçün qısa müddətə Enshede şəhərindən uzaq düşüblər.

“Tvente”nin oyunçuları planetin 7 ölkəsinə üz tutub. Nikki Kuiper və Ola Con Hollandiya yığmasının düşərgəsindədirlər. Adıçəkilən futbolçular müvafiq olaraq, 21 və 17 yaşlılardan ibarət komandalara kömək edəcəklər. Byorn Vidarsson isə İslandiyanın U-21-də oynayacaq.

Digər 5 futbolçu öz ölkəsinin əsas yığmasına cəlb olunub. Qalmaqallarda ad çıxarmış Nikolay Mixaylov Bolqarıstanın Litva, Miroslav Stok Slovakiyanın İslandiya ilə görüşündə iştirak edə bilər. Son 6 mövsüm üçün “Tvente”nin bombardiri sayılan Bleys Nkufo İsveçrə yığmasının heyətində İtaliyaya qarşı oynamaq imkanı qazanacaq. Enshede təmsilçisi daha iki qitəyə futbolçu ezam edib. Nikita Rukavitsa Avstraliya, Şeyx Tiote Kot d’İvuar milli komandasının növbəti oyununa çağırılıb.
0