Avropanın ən titullu milli komandası ilə ilk dəfə üz-üzə
11.08.2009 - 12:22
Avropanın ən titullu milli komandası ilə ilk dəfə üz-üzə
Futbol üzrə Azərbaycan milli komandası sabah növbəti oyununu keçirəcək. Apasport.az saytının məlumatına görə, almaniyalı mütəxəssis Berti Foqtsun yetirmələri 2010-cu il dünya çempionatının seçmə qrup mərhələsində 6-cı görüşə çıxacaqlar. Yarışda hələ də qol vura bilməyən yığmamız tarixində ilk dəfə Almaniya ilə görüşəcək.

Qrup qalibi olmaq uğrunda mübarizə aparan və hazırda turnir cədvəlinin zirvəsində almanlarla görüş Foqts üçün xüsusi önəm kəsb edəcək. Çünki o, Almaniya yığmasının heyətində futbolçu kimi dünya və Avropa, baş məşqçi qismində isə qitə çempionu adını qazanıb.

Qeyd edək ki, Almaniya milli komandası 3 dəfə (1954-cü, 1974-cü, 1990-ci illərdə) dünya və 3 dəfə (1972-ci, 1980-ci, 1996-cı illərdə) Avropa çempionu olub. Bu göstəriciyə əsasən, Bundestim Avropanın ən titullu yığması sayılır.

2010-cu il dünya çempionatının seçmə mərhələsi
Avropa zonasının 4-cü seçmə qrupu

Azərbaycan - Almaniya
Baş hakim: Alen Kelli
Hakim köməkçiləri: Mark Duqlas, Damyen Makqrat, Yan Stoks (İrlandiya)
Hakim-inspektor: Lusiano Luçi (İtaliya)
UEFA nümayəndəsi: Jan-Mari Filips (Belçika)
12 avqust. Saat 21:00. Bakı. Tofiq Bəhramov adına stadionu

1

Almaniya

6

5

1

0

18-4

16

2

Rusiya

6

5

0

1

12-3

15

3

Finlandiya

6

3

1

2

8-10

10

4

Uels

7

3

0

4

5-7

9

5

AZƏRBAYCAN

5

0

1

4

0-5

1

6

Lixtenşteyn

6

0

1

5

1-15

1

0