Əvvəl avtomobilini qaçırdılar, sonra soydular
11.08.2009 - 13:00
Əvvəl avtomobilini qaçırdılar, sonra soydular
Fransanın “Lill” klubunun futbolçusu Pyer-Alen Fro qarət olunub. Apasport.az saytının məlumatına görə, Fransa çempionatının ilk turunun “Loryan”la qarşılaşmadan qayıdan hücumçunun avtomobilini polis paltarı geymiş cinayətkarlar saxlayıb.

Futbolçunu maşının yük yerinə qoyub, şəhərin digər istiqamətinə aparan “polislər” onun telefonunu, bir neçə kredit kartını və pulunu ələ keçiriblər. Bu hadisəyə görə, kefini pozmayan Fro artıq ertəsi gün komandasının məşqinə qatılıb.

Qeyd edək ki, Pyer-Alen son 10 ayda ikinci dəfədir, xoşagəlməz halla üzləşir. Ötən ilin oktyabrında cinayətkarlar onun avtomobilini qaçırmışdılar.
0