Batista “Bakı”dan gedən kimi, dubl elədi
11.08.2009 - 13:24
Batista “Bakı”dan gedən kimi, dubl elədi
“Bakı” klubunun sabiq futbolçusu Vilyam Roşa Batistanın Ukrayna Premyer Liqasına qayıdışı uğurlu alınıb. Apasport.az saytının məlumatına görə, bir neçə gün öncə “Karpatı” klubuna keçən 29 yaşlı hücumçu ilk matçda dubl etməyi bacarıb.

Lvov təmsilçisinin “Zarya” üzərində 4:0 hesablı qələbəsində pay sahibi olan braziliyalı 74-cü dəqiqədə meydana daxil olub. Bundan 5 dəqiqə sonra isə o, adını tabloya yazdırıb. Matçda son nöqtəni də məhz Batista qoyub. O, 90+2-ci dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirib.

Oyundan sonra açıqlama verən futbolçu bildirib ki, “Bakı”dan ayrılıb, “Karpatı”ya qayıtmasına görə sevinir: “Mən çox gərgin məşq edib, özümü bu oyuna hazırlayırdım. Əmin idim ki, bir neçə qol vura bilərəm. Bu uğurda da özünəinam böyük rol oynadı. Həm nəticədən, həm də geri qayıtmağımdan çox şadam”.
0