"Olimpik-Şüvəlan"da yeni məşqçi - FOTO
11.08.2009 - 13:41
"Olimpik-Şüvəlan"da yeni məşqçi - FOTO
"Olimpik-Şüvəlan"da daha bir məşqçi təyinatı rəsmiləşib. Klubun mətbuat xidmətinin rəhbəri Eldəniz Yusifovun apasport.az saytına verdiyi məlumata görə, Nazim Əliyevin gedişindən sonra "Olimpik-Şüvəlan-2" komandası "Standard"ın sabiq baş məşqçisi Rafiq Mirzəyevə tapşırılıb. Rəhbərlik mütəxəssisin qarşısına əsas komandaya ehtiyat qüvvə hazırlamaq və aşağı yaş qrupunda olan komandalardan istedadlı yeniyetmələri kollektivə cəlb etmək məqsədi qoyub.
0