Mertezaker: Azərbaycana qol vurmaq çətin olsa da...
11.08.2009 - 13:46
Mertezaker: Azərbaycana qol vurmaq çətin olsa da...
“Azərbaycan yığmasına qol vurmaq çox çətindir. Bu səbəbdən işimiz ağır olacaq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Almaniya milli komandasının futbolçusu Per Mertezaker deyib.

O, sabah dünya çempionatının seçmə qrup mərhələsində Azərbaycan milli komandasına qarşı keçiriləcək oyunda barədə fikirlərini açıqlayıb. Müdafiəçi qələbəyə iddialı olduqlarını bildirib: “Meydanın vəziyyəti əladır. Bizim yaxşı yarımmüdafiə xəttimiz var. Üstəlik müdafiə xətti də çox güclüdür. Bütün bunlar istəyimizə çatıb qələbə qazanmağa kifayət etməlidir”.

“Milliləşdirmə” prosesi nəticəsində Azərbaycan yığmasında oynamağa razı olub-olmadığı ilə bağlı verilən sualı isə Mertezaker belə cavablandırıb: “Futbolçular klublarını dəyişə bilər. Hər oyunçu üçün yalnız bir yığma mövcud ola bilər”

Qeyd edək ki, Per bu yay Madrid “Real”ından “Verder”ə keçib.
0