Sirli rəqəmlər: 20 avqust, saat 20:00
11.08.2009 - 14:04
Sirli rəqəmlər: 20 avqust, saat 20:00
“Bakı” klubunun Avropa Liqasının dördüncü təsnifat mərhələsində keçirəcəyi ilk oyunun başlanma saatı müəyyənləşib. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, son ölkə çempionunun İsveçrənin “Bazel” komandası ilə qarşılaşması avqustun 20-də saat 20:00-də start götürəcək. Görüş Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Komandalar arasında cavab matçı avqustun 27-də Bazeldə oynanılacaq.
0