“Azərbaycana gəldiyimə görə xoşbəxtəm”
11.08.2009 - 14:41
“Azərbaycana gəldiyimə görə xoşbəxtəm”
“Azərbaycana gəldiyimə görə xoşbəxtəm. Burada hər şey məni qane edir: gözlədiyimdən də gözəl şəhər, isti münasibətlə rastlaşdım. Oyun günlərində Tofiq Bəhramov adına stadionun tribunalarında yer tapılmaması, yerli azarkeşlərin bizə inamı məni daha da ruhlandırır”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Bakı” klubunun futbolçusu Aleksandar Soliç deyib.

Soliç klubun saytına açıqlamasında "Levski" ilə ev oyununda azarkeşləri məmnun edə bilmədiklərindən təəssüflənib: “İkinci görüşdə isə daha aqressiv oynayan rəqibimiz qalib gəldi və cütün qalibi oldu. İndi hər şeyi unudub növbəti mərhələ barədə düşünürük. Bacardığımızı edəcəyik ki, həm rəhbərliyi, həm də möhtəşəm azarkeşlərimizi sevindirək. Avroliqa qrupunda yarışmaq şansımız qalır. Məncə, "Bazel"lə oyunlarda daha fəal oynamalıyıq”.
0