Bates “Bakı”ya nə üçün gəlib?
11.08.2009 - 14:51
Azərbaycanda oynamağa Qyoko Hacıyevskiyə görə razılıq verdim. O, komandanın Çempionlar Liqasında oynayacağını, iddialı bir kollektiv yaratmaq niyyətində olduğunu bildirdi. Məhz bu səbəbdən Fransadan Azərbaycana gəlməyə razı oldum”. Apasport.az saytının məlumatına görə, bu fikirlər “Bakı”nın futbolçusu Stefan Batesə məxsusdur.
O, klubun saytına bildirib ki, "Bakı"ya gəlişini geriyə addım hesab etmir: “Burada xoşuma gəlməyən yeganə amil məşq meydançaların bərbad vəziyyətdə olmasıdır. Son oyunda məğlub olsaq da, ruhdan düşməmişik. Unutmayaq ki, "Levski" əlli ildən artıqdır ki avroturnirlərdə oynayır. Rəqibin heyətində təcrübəli və sürətli futbol oynaya bilən futbolçular var idi. Həmin gün hücum xəttimiz də bərbad oynadı”.
Bates vurğulayıb ki, "Levski" ilə oyunlardakı səhvlərin təkrarlanmaması üçün ciddi səylə məşq edirlər: “Avroliqanın qrup mərhələsinə yüksəlmək şanslarımız var. Bu imkanı reallaşdıra bilsək, Avropa səviyyəli klub kimi tanınarıq”.

- Cənubi Koreyada DÇ fiaskosuna dövlət müdaxiləsi - Prezident araşdırma tələb etdi
- “Qalatasaray” Sançez üçün "qapını açdı" - Təklif gələrsə, satıla bilər
- Qrupda qaldılar: Cənubi Koreyanın baş məşqçisi istefa verdi
- “Çelsi”dən sürpriz transfer həmləsi: LONDONA QAYIDIR
- “Liverpul” Kyezanı satır: Qiyməti müəyyənləşdi
0
0