Almaniyalı deputat da sabah Respublika stadionunda olacaq
11.08.2009 - 15:39
Almaniyalı deputat da sabah Respublika stadionunda olacaq
Bakıda səfərdə olan Bundestaq millət vəkili, Qafqaz Parlamentlərarası Dostluq Qrupunun sədri Steffen Rayxe sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan - Almaniya matçını izləyəcək. Bu haqda apasport.az saytına Rayxe özü məlumat verib.

Almaniyalı deputat oyunu canlı izləmək imkanı qazandığı üçün sevindiyini bildirib: “Səfərimin bu ərəfədə olmasından çox məmnunam. Bu qarşılaşmada hər iki yığmaya uğurlar arzulayıram. Azərbaycan yığmasının baş məşqçisi almaniyalı olduğundan, sabahkı oyun daha böyük maraq doğurur”.
0