Milli komandamız avqustda Bakıda qarşısıalınmazdır! - STATİSTİKA
11.08.2009 - 16:12
Milli komandamız avqustda Bakıda qarşısıalınmazdır! - STATİSTİKA
Dünya çempionatının seçmə mərhələsi çərçivəsində sabah keçiriləcək Almaniya ilə oyun Azərbaycan milli komandasının tarixində 155-ci matç olacaq. Apasport.az saytının hesablamalarına görə, yığmamız bu görüşlərin 25-də qələbə qazanıb, 38-də heç-heçə edib və 91 dəfə məğlubiyyətlə üzləşib. Tarixi ərzində 100 qol vuran komandamız 279 dəfə topu qapısından çıxarıb.

Azərbaycan yığması 1992-ci ildən bəri avqust ayında 13 dəfə oyun keçirib. İlin səkkizinci ayı milli komandamız üçün ən uğurlulardan sayılır. Belə ki, avqustdakı görüşlərdə komandamızın hesabında 4 qələbə, 5 heç-heçə və 4 məğlubiyyət var.

Avqust ayında keçirdiyimiz son 11 oyun yoldaşlıq görüşü olub. 13 illik fasilədən sonra avqustda seçmə matç keçirəcək yığmamız 1996-cı ilin bu ayında seçmə mərhələlərdə tarixinin ilk qələbəsini qazanmışdı. Həmin vaxt İsveçrə üzərində minimal hesablı qələbə qeydə alınmışdı. Ümumiyyətlə, avqustdakı hər iki seçmə oyunun taleyini bir qol həll edib. Ən maraqlısı isə avqustda ölkəmizdə keçirilən qarşılaşmalarda yalnız milli komandamızın qələbə qazanmasıdır. İsveçrənin ardından avqustda ölkəmizə gələn Gürcüstan və Özbəkistan da məğlubiyyətə düçar olub.

Yığmamızın avqustdakı oyunları:

16 avqust 1994. Trabzon. Azərbaycan – Slovakiya 0:1 (Avropa çempionatının seçmə oyunu)
31 avqust 1996. Bakı. Azərbaycan – İsveçrə 1:0 (dünya çempionatının seçmə oyunu)
19 avqust 1997. Riqa. Latviya – Azərbaycan 0:0 (yoldaşlıq oyunu)
12 avqust 1998. Gəncə. Azərbaycan – Gürcüstan 1:0 (yoldaşlıq oyunu)
18 avqust. 1999. Səmərqənd. Özbəkistan – Azərbaycan 5:1 (yoldaşlıq oyunu)
8 avqust 2002. Təbriz. İran (U-23) – Azərbaycan 2:2 (yoldaşlıq oyunu)
10 avqust 2002. Təbriz. İran – Azərbaycan 1:1 (yoldaşlıq oyunu)
21 avqust 2002. Bakı. Azərbaycan – Özbəkistan 2:0 (yoldaşlıq oyunu)
18 avqust 2004. Əmman. İordaniya – Azərbaycan 1:1 (yoldaşlıq oyunu)
17 avqust 2007. Tirana. Albaniya – Azərbaycan 2:1 (yoldaşlıq oyunu)
22 avqust 2007. Düşənbə. Tacikistan – Azərbaycan 2:3 (yoldaşlıq oyunu)
20 avqust 2008. Reykyavik. İslandiya - Azərbaycan 1:1 (yoldaşlıq oyunu)
27 avqust 2008. Tehran. İran - Azərbaycan 1:0 (yoldaşlıq oyunu)
0