“Bakı”nın oyununa 13 manatdan ucuz bilet olmayacaq
11.08.2009 - 17:10
“Bakı”nın oyununa 13 manatdan ucuz bilet olmayacaq
“Bazel” rəhbərliyi Avropa Liqası çərçivəsində öz meydanında keçirəcəyi oyunlarının biletlərinin qiymətlərini açıqlayıb. Apasport.az saytının məlumatına görə, turnirin dördüncü təsnifat mərhələsində “Bakı”nın rəqibi olan isveçrəlilər avqustun 27-də keçiriləcək cavab matçına biletləri avqustun 13-dən satışa çıxaracaq. Məşhur “Sent Yakob Park” stadionuna girişin qiyməti sektorlardan asılı olaraq dəyişir. Ən bahalı biletlər 73,5 İsveçrə frankı (54,49 manat), ən ucuzu isə 18 frank (13,35 manat) olacaq.

Qeyd edək ki, “Bakı” və “Bazel” arasında ilk oyun avqustun 20-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
0