“Muğan” Premyer Liqada birinci oldu
11.08.2009 - 18:12
“Muğan” Premyer Liqada birinci oldu
Salyanın “Muğan” klubu XVIII Azərbaycan Premyer Liqası üçün təqdim etdiyi iştirak ərizəsinə 17 futbolçunun adını daxil edib. Peşəkar Futbol liqasının mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, salyanlılar sifariş vərəqini quruma təqdim edən ilk klub olub.

8 yarımmüdafiəçisi olan “Muğan” 5 arxa xətt oyunçusu, 2 qapıçı və elə eyni sayda hücumçuya güvənir. Lakin avqustun 31-dək bu siyahıya əlavələr edilə bilər. İndiki siyahıda 13 yerli oyunçu və 4 legioner var. Əcnəbilərin ikisi Bosniya və Herseqovinanı, digərləri isə Serbiya və Burkino-Fasonu təmsil edir.

Qeyd edək ki, “Muğan”ın baş məşqçisi Kemal Alispahiç də Bosniya və Herseqovinalıdır.

Qapıçılar: 1. Edis Kurtanoviç (25.11.1981), 88. Kənan Bayramov (04.11.1988).

Müdafiəçilər: 18. Ruslan Qafitullin (05.08.1979), 5. Novruz Məmmədov (20.03.199), 23. Miloş Zeçeviç (17.05.1983), 34. Cavad Mirzəyev (14.01.1982), 2. Mikayıl Rəhimov (11.05.1987).

Yarımmüdafiəçilər: 17. Rəvi Rəhmanov (22.07.1986), 7. Elnur Abullayev (16.02.1986), 13. Emin Əmiraslanov (14.09.1982), 8. Narsis Yameoqo (19.11.1980) , 9.Adis Çulov (18.07.1987), 6. Tagim Novruzov (21.11.1988), 15. Elçin Xəlilov (31.01.1986), 19. Zaur Əsədov (14.02.1982).

Hücumçular: 10. Arif İsayev (28.07.1985), 16. Fərrux İsmayılov (30.08.1978).
0