Yığmamız 10 nəfər qalmış Lüksemburqa uduzdu
12.08.2009 - 09:44
Yığmamız 10 nəfər qalmış Lüksemburqa uduzdu
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası (U-21) növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, yığmamız Lüksemburqda yerli futbolçularla yoldaşlıq görüşündə qüvvəsini sınayıb. Almaniyalı baş məşqçi Bernard Lippertin yetirmələri bu qarşılaşmada 1:2 hesablı məğlubiyyətlə üzləşib.

Hesabı 10-cu dəqiqədə Mirko Albanese açsa da, ikinci yarının əvvəlində yığmamız tarazlığı bərpa edib. 56-cı dəqiqədə Nodar Məmmədov fərqlənib. Matçın 67-ci dəqiqəsində isə Laterzanın meydandan qovulmasından sonra say üstünlüyü qazanan Lippertin yetirmələri nəinki qələbə qolunu vura bilməyib, heç-heçəni də qorumağı bacarmayıblar. 70-ci dəqiqədə Endi May meydan sahiblərinin qələbə qolunu vurub.
0