MOİK-in futbolçusu tarixə düşdü - FOTO
12.08.2009 - 10:02
MOİK-in futbolçusu tarixə düşdü - FOTO
Azərbaycanın 21 yaşlılardan ibarət yığması (U-21) üçün Lüksemburq səfəri əlamətdar olub. Apasport.az saytının hesablamalarına görə, almaniyalı mütəxəssis Bernard Lippertin yetirmələri səfər zamanı 2009-cu ildə ilk dəfə qol vura bilib.

Lüksemburqlu həmyaşıdlarına 1:2 hesabı ilə uduzan komandamızın qol həsrətini Nodar Məmmədov son qoyub. MOİK-in müdafiəçisi bu il 5-ci beynəlxalq yoldaşlıq oyununu keçirən U-21-in ilk qolunun müəllifi kimi tarixə düşüb.

Qeyd edək ki, Lippertin yetirmələri bu il Bolqarıstan (0:0), Türkiyə (0:2) və İngiltərənin (0:7) 21, Özbəkistanın (0:1) isə 20 yaşlılardan ibarət komandaları ilə görüşüb.
0