Lippert yenə şikayətlənir
12.08.2009 - 10:15
Lippert yenə şikayətlənir
“Lüksemburq yığması ilə oyuna yaxşı başlasaq da, matç istədiyimiz kimi alınmadı” Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandasının baş məşqçisi Bernard Lippert deyib.

Almaniyalı mütəxəssis rəhbərlik etdiyi kollektivin səfərdə Lüksemburqa yoldaşlıq görüşü çərçivəsində 1:2 hesablı məğlubiyyəti barədə AFFA-nın rəsmi internet saytına danışıb: “Adi vəziyyətlərdə qol buraxdıq. Fərqlənmək üçün xeyli epizodu yaratsaq da, bunların yalnız biri məntiqi sonluğa çatdı. Futbolçularımız həlledici zərbələri dəqiq yerinə yetirməkdə çətinlik çəkirlər”.
0