Azərbaycan - “MTZ-RİPO” - 0:0
12.08.2009 - 10:40
Azərbaycan - “MTZ-RİPO” - 0:0
Belarusun paytaxtı Minskdə təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası (U-19) ilk yoxlama oyununa çıxıb. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, yığmamızın birinci rəqibi Belarusun “MTZ-RİPO” klubunun əvəzedici heyəti olub.

Qarşılaşma qolsuz heç-heçə ilə nəticələnib. Baş məşqçi Bernard Lippert eyni zamanda rəhbərlik etdiyi digər komanda - U-21-lə Lüksemburqda olduğundan, “MTZ-RİPO” ilə görüşə yığmamızı onun köməkçisi Yşar Vahabzadə çıxarıb. U-19 növbəti yoldaşlıq oyununu avqustun 13-də belaruslu həmyaşıdlarından ibarət yığmaya qarşı keçirəcək.
0