Fərqli məkan, minimal hesablı məğlubiyyət
12.08.2009 - 10:58
Fərqli məkan, minimal hesablı məğlubiyyət
Azərbaycan futbol çempionatının I divizionunda mübarizə aparacaq Mərkəzi Ordu İdman Klubu (MOİK) növbəti yoxlama matçını keçirib. Klubun mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, 2009/10 mövsümünə hazırlıq xarakteri daşıyan bu oyunda “hərbçilər” Premyer Liqa təmsilçisi Sumqayıtın “Standard” komandası ilə qüvvəsini sınayıb. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda keçirilən görüş “Standard”ın 2:1 hesablı qələbəsi ilə nəticələnib.

Oyunda hesabı rəqibin açmasına baxmayaraq, MOİK ikinci hissənin ortalarında tarazlığı bərpa edib. Ramil Əliyevin rəhbərlik etdiyi kollektivdən Timur Dadaşov fərqlənib. Lakin final fitinə bir neçə dəqiqə qalmış “Standard” qələbə topunu vurub.

Ordu klubu növbəti çempionata hazırlıq məqsədilə həftəsonu daha bir yoxlama oyunu keçirməyi planlaşdırıb.

Qeyd edək ki, MOİK ötən ay Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda “Standard” 2:4 hesabı ilə məğlub olmuşdu.
0