“Azərbaycan yığması texniki cəhətdən güclüdür”
12.08.2009 - 11:06
“Azərbaycan yığması texniki cəhətdən güclüdür”
Lüksemburqun 21 yaşadək futbolçulardan ibarət milli komandasının baş məşqçisi Luk Holtç Azərbaycan yığmasının oyununu bəyənib. Apasport.az saytının məlumatına görə, lüksemburqlu mütəxəssis komandasının yığmamız üzərində 2:1 hesablı qələbəsindən sonra matçla bağlı fikirlərini bildirib.

AFFA-nın rəsmi saytına açıqlama verən Holtç yığmamızı taktiki cəhətdən üstələdiklərini düşünür: “Azərbaycan yığması topla daha yaxşı davranır, texniki cəhətdən güclüdür. Amma taktika və intizamlı oyun baxımından bizim komandamız daha yaxşı təsir bağışladı. Düşünürəm ki, məhz buna görə biz qələbə qazandıq”.
0