Növbəti qeyri-peşəkar addım: “İnter” rəhbərliyini çaşdıran nədir?
12.08.2009 - 12:05
Növbəti qeyri-peşəkar addım: “İnter” rəhbərliyini çaşdıran nədir?
Bakının “İnter” klubunun XVIII Azərbaycan Premyer Liqası üçün iştirak ərizəsi hazırdır. Peşəkar Futbol Liqasının (PFL) mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, vitse-çempion yeni mövsüm üçün 25 futbolçu sifariş edib.

Sifariş ərizəsinə əsasən demək olar ki, baş məşqçi Kaxaber Sxadadze qarşıdakı çempionatda hücumçusuz qalıb. Məsələ burasındadır ki, “İnter”in Asif Məmmədov, Xaqani Məmmədov və Anxel Qutyerrez kimi ön xətt oyunçuları ola-ola, bakılılar iştirak ərizəsinə hücumçu daxil edilməyib. Adıçəkilən hücumçular yarımmüdafiəçi kimi qeyd olunması isə heç də taktiki gediş yox, qeyri-peşəkarlıq əlamətidir.

Bundan başqa ikili vətəndaşlığa malik braziliyalı qapıçı Raymundo Vilson PFL-ə İtaliya təmsilçisi kimi təqdim edilib. Klubdan ayrılacağı gözlənilən Mahir Şükürovun da adı komandanın iştirak ərizəsində yer alıb. “İnter” heyətinə 9 ölkədən 11 legioner var. Serbiya və Gürcüstandan 2, Braziliya, Rusiya, İtaliya, Uruqvay, Bolqarıstan, Latviya, Çexiyadan isə 1 oyunçu sifariş olunub.

Qeyd edək ki, Premyer Liqa klubları arasında öncə “Muğan” sifariş ərizəsini verib. Bu baxımdan “İnter” ikincidir.

“İnter” klubunun sifariş ərizəsi:

Qapıçılar: 72. Georgi Lomaya (04.03.1967), 42. Səlahət Ağayev (04.11.1991), 1. Vilson Raymundo (27.10.1976).

Müdafiəçilər: 29. Orxan Məmmədov (21.07.1987), 9. Samir Abbasov (01.02.1978), 5. Milan Zaqorats (15.06.1980), 12. Xəyal Mustafayev (22.12.1980), 4. Assioli Danildo (30.03.1981), 6. Əliyar İsmayılov (11.04.1976), 15. Vladimir Levin (23.01.1984), 23. Mahir Şükürov (12.12.1982), 30. Kaxaber Mjavanadze (02.10.1978).

Yarımmüdafiəçilər:14. Petar Zlatinov (13.03.1981), 24. Andrey Rubin (26.11.1978), 8. Aleksandr Çertoqanov (08.02.1980), 3. Ruhid Yusubov (06.01.1986), 13. Bronislav Çervenka (22.09.1975), 18. Qoran Arnaut (22.08.1979), 25. Cavid Hüseynov (09.03.1988), 17. Rövşən Əmiraslanov (18.03.1986), 2. Şəhriyar Rəhimov (06.04.1988), 16. Tofiq Mikayılov (11.04.1986), 10. Xaqani Məmmədov (29.09.1976), 7. Anxel Qutyerez (12.01.1980) , 11. Asif Məmmədov (05.08.1986).
0