Əvəzedicilər komandaların çempionatı sabah başlanır
12.08.2009 - 12:17
Əvəzedicilər komandaların çempionatı sabah başlanır
Azərbaycan Premyer Liqası klublarının əvəzedici komandalarının oyunlarının vaxtı müəyyənləşib. Apasport.az-ın Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən məlumatına görə, əvəzedici heyətlər ötən mövsüm olduğu kimi, əsas komandadan bir gün öncə meydana çıxacaqlar.

Birinci tur avqustun 13-də “Muğan” - “Standard” matçı ilə start götürəcək. Əvəzedici komandaların bütün qarşılaşmaları saat 18:00-da başlanacaq. İlk tura ayın 15-də yekun vurulacaq.
0