Rəqibimiz dəyişdi, yığmamız uduzdu
12.08.2009 - 12:39
Rəqibimiz dəyişdi, yığmamız uduzdu
21 yaşadək futzalçılardan ibarət Azərbaycan milli komandası növbəti yoxlama oyununu keçirib. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, Belarusda təlim-məşq toplanışı keçirən həmvətənlərimiz yerli “Dorojnik” klubu ilə görüşüb. Bu matçda yığmamız 2:5 hesablı məğlubiyyətlə üzləşib. Hərçənd, milli komandamız yoxlama matçında Belarusun klublar yığması ilə görüşməli imiş. Lakin matç ərəfəsində qeyri-müəyyən səbəbdən rəqib dəyişib.
0