Kaka Tallində azdı
12.08.2009 - 12:58
Kaka Tallində azdı
Madridin “Real” klubunun hücumçusu Kaka Braziliya yığmasının heyətində Estoniya ilə yoldaşlıq görüşündə iştirak etmək üçün Tallinə gəlib. Apasport.az saytının məlumatına görə, ulduz futbolçu şəhərdə gəzinti zamanı yolunu azıb.

Kaka Braziliya nümayəndə heyətinin bir üzvü ilə Tallini müəyyən müddət gəzdikdən sonra məskunlaşdıqları otelə qayıda bilməyəcəklərini başa düşüb. Nəticədə onlar yerli polislərə müraciət ediblər. Yalnız polislərin sayəsində braziliyalıların otelə dönüşü mümkün olub.

Qeyd edək ki, Estoniya - Braziliya matçı bu gün keçiriləcək.
0