Messi üçün məbləğsiz çek
12.08.2009 - 13:13
Messi üçün məbləğsiz çek
“Mançester Siti” rəhbərliyi inadından dönmək fikrində deyil. Apasport.az saytının məlumatına görə, ingilislər “Barselona”nın hücumçusu Lionel Messini transfer istəklərindən əl çəkmirlər.

Lakin hazırda argentinalı futbolçu Kataloniya klubu ilə yeni müqavilə bağlamaq üçün danışıqlar aparır. Əgər Messi razılaşmanın müddətini uzadarsa, onun transferi məsələsi lap çətinləşəcək. Buna baxmayaraq, “Mançester Siti” rəsmiləri vəziyyətdən çıxış yolu tapıblar. Nüfuzlu “Marca” qəzetinin yazdığına görə, Mançester klubu agent vasitəsilə Messiyə məbləğsiz çek göndərib. Bu yolla ingilislər transfer qiymətini futbolçunun özünün müəyyənləşdirməsinə şərait yaradıblar.

Xatırladaq ki, “Mançester Siti” rəhbərliyi qışda Messinin keçidinə 150 milyon avro xərcləməyə hazır idilər.
0