Dünyanın ən yaxşı 10 stadionu
12.08.2009 - 14:32
Dünyanın ən yaxşı 10 stadionu
Böyük Britaniyanın “The Times” qəzeti dünyanın ən yaxşı 10 futbol stadionunu müəyyənləşdirib. Apasport.az saytının məlumatına görə, bu siyahıda birinci yeri Almaniyanın Dortmund şəhərində yerləşən “Westfalenstadion” tutur.

Təbii ki, Azərbaycan stadionlarının heç birinin yer almadığı cədvələ Türkiyənin bir arenasının düşməsi ilə təsəlli tapa bilərik. “Beşiktaş”ın ev oyunlarını keçirdiyi “İsmət İnönü” stadionu 4-cü pillədə qərarlaşıb. Maraqlıdır ki, ilk “10-luq”da Avropadan kənarda yerləşən cəmi 1 stadion var.

Dünyanın ən yaxşı 10 stadionu:

1.
“Westfalenstadion” (Dortmund, Almaniya)
2. “San Siro” (Milan, İtaliya)
3. “Enfild” (Liverpul, İngiltərə)
4. “İsmət İnönü” (İstanbul, Türkiyə)
5. “Allians Arena” (Münhen, Almaniya)
6. “Santyaqu Bernabeu” (Madrid, İspaniya)
7. “La Bombonera” (Buenos Ayres, Argentina)
8. “Stadionul Dinamo” (Buxarest, Rumıniya)
9. “Nou Kamp” (Barselona, İspaniya)
10. “Craven Cottage” (London, İngiltərə)
0