“Uotford”un müdafiəçisi “Neftçi”də - FOTO
12.08.2009 - 16:03
“Uotford”un müdafiəçisi “Neftçi”də - FOTO
Bakının “Neftçi” klubu daha bir transfer gerçəkləşdirib. Klubun mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, bakılılar estoniyalı Andrey Stepanovla müqavilə imzalayıb.

Anlaşmaya əsasən, 30 yaşlı müdafiəçi ilin sonunadək flaqmanın formasını geyinəcək. Futbolçu hələ Türkiyədəki təlim-məşq toplanışı zamanı baxışa dəvət edilərək, bəyənilmişdi. Stepanov son mövsümü İngiltərənin 1-ci dəstəsində mübarizə aparan “Uotford”da keçirib.

Müdafiəçi bunadək vətənində TFMK, “Leppe”, “Flora”, Rusiyada “Torpedo” (Moskva), “Ximki” (Moskva) komandalarda oynayıb. Estoniya çempionatının (2001-ci, 2002-ci, 2003-cü illər) və Superkubokunun (2002-ci, 2003-cü illər) qalibi olmuş Stepanov milli komandanın heyətində meydana çıxdığı 79 oyunda 1 qol vurub.
0