Azərbaycanlı tərcüməçi Bülənt Uyğunu bezdirib
20.08.2009 - 14:01
Azərbaycanlı tərcüməçi Bülənt Uyğunu bezdirib
Avropa Liqasının dördüncü təsnifat mərhələsində Ukraynanın “Şaxtyor” klubu ilə qarşılaşan Türkiyə “Sivasspor”u azərbaycanlıya möhtac olub. Apasport.az saytının məlumatına görə, türkiyəlilər qarşılaşmadan bir gün əvvəl təşkil olunan mətbuat konfransında tərcüməçilik etməyə adam tapmayıb.

Belə vəziyyətdə ukraynalıların çalışdırıcısı Mirça Luçeskunun sözlərini ruscadan türk, sivaslıların baş məşqçisi Bülənt Uyğunun ifadələrini isə əksinə tərcümə etmək vəzifəsi konfrans zalında olan Abbas Zahidiyə tapşırılıb. Türkiyə mətbuatının UEFA-nın Azərbaycan təmsilçisi kimi qələmə verdiyi tərcüməçi işinin öhdəsindən gələ bilməyib. O, mütəxəssislərin sözlərini zalda əyləşənlərin başa düşə biləcəyi səviyyədə çevirə bilməyib. Uyğunun ifadələrini ruscaya tərcümə edənədək unudan həmyerlimiz dəqiqəbaşı çalışdırıcıdan dediklərini təkrarlamağı xahiş edib. Türk həmkarlarımız ümumiyyətlə, Zahidinin nə dediyindən bir şey anlaya bilməyib.
0