66 yaşında futbola qayıtdı...
26.08.2009 - 11:07
66 yaşında futbola qayıtdı...
“Fiorentina”nın 66 yaşlı sabiq qapıçısı Lamberto Boranqa futbolçu karyerasını bərpa etmək qərarına gəlib. Apasport.az saytının məlumatına görə, o, İtaliyanın həvəskarlar liqasında “L’Ammento” klubunun şərəfini qoruyacaq.

Boranqa qoca yaşında atdığı bu gözlənilməz addımın səbəbini də açıqlayıb: “Mən bunu dostumun xətrinə edəcəyəm. O, mənə kömək üçün müraciət edib. Çempionatın açılış oyunu ərəfəsində bu komandanın hər iki qapıçısı cəzalıdır. Buna görə də özümü yenidən meydana çıxmaqdan saxlaya bilmərəm”.
0