“Bazel”in meydana arxayın çıxacağı istisna deyil”
26.08.2009 - 11:13
“Bazel”in meydana arxayın çıxacağı istisna deyil”
“İsveçrəyə döyüşkən əhval-ruhiyyədə gəlmişik. Təbii ki, Bakıdakı məğlubiyyət növbəti mərhələ şanslarımızı azaldıb. Lakin komandamız ən yaxşı nəticəyə ümid edir”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Bakı” klubunun futbolçusu Bəxtiyar Soltanov deyib.

Avropa Liqasının dördüncü təsnifat mərhələsində İsveçrənin “Bazel” klubu ilə qarşılaşacaq təmsilçimizin yarımmüdafiəçisi 1:3 hesablı ev məğlubiyyətinin əvəzini çıxmaq haqda düşünür: “İlk matçdakı qələbədən sonra rəqibimizin meydana arxayın çıxacağı istisna deyil. Biz də bundan yararlanmalıyıq. Proqnoz vermək istəmirəm. Amma qələbə qazanmaq istəyirik. Burada qeyri-adi bir şey yoxdur və “Bakı” buna qadirdir”.

Extratime.az
0