Elxan Məmmədov: UEFA bizə çoxlu tövsiyələr verdi
26.08.2009 - 17:35
Elxan Məmmədov: UEFA bizə çoxlu tövsiyələr verdi
AFFA-nın baş katibi Elxan Məmmədov UEFA-nın təşkilatçılığı ilə “İdmanda totalizator və korrupsiya” mövzusu üzrə seminarda iştirak edib. Bu haqda apasport.az saytına Məmmədov özü məlumat verib. Onun sözlərinə görə, UEFA-nın İsveçrənin Cenevrə şəhərindəki mənzil-qərargahında keçirilmiş tədbir çox maraqlı alınıb.

“Seminar olduqca maraqlı keçdi. Milli assosiasiya rəsmilərinə idmanda totalizator və korrupsiyanın qarşısını almaq məqsədilə çoxlu tövsiyələr verildi” - deyə Məmmədov vurğulayıb.
0