Ən yaxşı futbolçu Xavidir?
26.08.2009 - 17:54
Ən yaxşı futbolçu Xavidir?
2008/09 mövsümündə UEFA-nın ən yaxşı futbolçusu “Barselona”lı Xavi Ernandesdir. Apasport.az saytının məlumatına görə, bu iddianı İspaniya mətbuatı irəli sürüb. Pireney yarımadası jurnalistlərinin fikrincə, UEFA artıq seçimini edib və mövsümün ən yaxşı oyunçusu mükafatı Kriştianu Ronaldo və ya Lionel Messiyə deyil, məhz Xaviyə qismət olacaq. Əgər bu iddia gerçəkləşərsə, Ernandes 1998-ci ildən bəri keçirilən sorğuda qalib gələn ilk ispaniyalıya çevriləcək.

İspaniya mətbuatı, həmçinin ən yaxşı hücumçu nominasiyasında da “Barselona” təmsilçisinin - Messinin qalib elan olunacağını yazıb. Qaliblər mükafatlarına sabah Monakoda keçiriləcək Çempionlar Liqasının qrup mərhələsinin püşkatma mərasimində sahib çıxacaqlar. Tədbirdə ən yaxşı qapıçı, müdafiəçi, yarımmüdafiəçi, hücumçu və futbolçunun adı açıqlanacaq. Bu nominasiyalarda qələbə qazanmağa 12 namizəd var.

Namizədlər:
Qapıçılar:
Petr Çex (“Çelsi”), Viktor Valdes (“Barselona”), Edvin van der Sar (“Mançester Yunayted”).

Müdafiəçilər: Cerard Pike (“Barselona”), Con Terri (“Çelsi”), Nemanya Vidiç (“Mançester Yunayted”).

Yarımmüdafiəçilər: Stiven Cerrard (“Liverpul”), Xavi Hernandes, Andres İnyesta (hər ikisi “Barselona”).

Hücumçular: Samuel Eto’O, Lionel Messi (hər ikisi “Barcelona”), Kriştianu Ronaldo (“Mançester Yunayted”).
0