Ərəb “Turan”ın baş məşqçisini yerindən tərpətdi
27.08.2009 - 14:32
Ərəb “Turan”ın baş məşqçisini yerindən tərpətdi
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) milli çempionatlarda uzun müddətə qol buraxmayan qapıçıların yeni siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, cədvəldə ciddi dəyişiklik qeydə alınıb. Belə ki, Küveytin “Əl-Ərəbi” klubunun sabiq qapıçısı Samər Səid ilk “onluğ”a daxil olub. Onun 1283 dəqiqəni əhatə edən “quru” seriyası hələ 1987-89-cu illərdə gerçəkləşib. Lakin Asiya rekordu olan bu nəticə yalnız 20 il sonra aşkarlanaraq rəsmiləşib.

Səidin siyahıda peyda olması Azərbaycan Premyer Liqası təmsil edən qapıçıların mövqeyinə də təsir edib. 660 dəqiqə səddini aşanların siyahısına daxil olan qapıçılarımıza məxsus 13 göstəricisinin hamısı geriləyib. Küveytli “Turan”ın baş məşqçisi, sabiq qapıçı Nizami Sadıqova məxsus Azərbaycan rekordunu da 23-cü pilləyə yuvarlayıb. Cədvəldə yer alan klublarımızın əlcək sahiblərinə məxsus 13 göstəricidən 10-u yerli, 3-ü əcnəbi qapıçıların hesabındadır. Lakin bu nəticələrdən yalnız 4-ü ilk “100-lüy”ə daxil olur. Azərbaycan futbolunun daha bir yetirməsi Kiyevin “Dinamo” klubunda 1100 dəqiqə qol buraxmayan Yuri Romenskinin seriyası isə 25-cidir.

Premyer Liqanın İFFHS-dəki təmsilçiləri

23. Nizami Sadıqov (“Turan”) – 1106
54. Xalidu Sissoko (“Bakı”) – 985
57. Xalidu Sissoko (“Bakı”) - 971
60. Camaləddin Əliyev (“Qarabağ”) – 958
67. Elxan Həsənov (“Neftçi”) – 943
155. Dmitri Kramarenko (“Karvan”) – 798
191. Dmitri Kramarenko (“Neftçi”) – 772
229. Rauf Mehdiyev (“Olimpik”) – 746
232. Elşən Poladov (“Bakı”) – 744
235. Nadir Şükürov (“Dinamo”) – 741
249. Aleksandr Martyoşkin (“Xəzər-Lənkəran”) - 735
333. Camaləddin Əliyev (“Qarabağ”) – 700
390. Rauf Mehdiyev (“Olimpik”) – 676

Ümumilikdə isə “660” səddini keçən futbolçuların yer aldığı siyahıya futbol tarixi ərzində qapıçıların imza atdığı 436 seriya var. Onlardan 48-i 1000 dəqiqədən uzun olub.

İlk “onluq”

1. Geraldo Pereyra de Matos Filyo "Mazaropi (“Vasko da Qama”, Braziliya) – 1816
2. Tabet Əl-Bətəl (“Nasyonal”, Misir) – 1442
3. Dani Verlinden (“Brügge”, Belçika) - 1390
4. Joze Mariya Buljubasiç (“Universidad Katolika”, Argentina) - 1352
5. Tabet Əl-Bətəl (“Nasyonal”, Misir) – 1325
6. Edvin van der Sar (“Mançester Yunayted”, İngiltərə) – 1311
7. Əssam Əl-Hadari (“Nasyonal”, Misir) – 1288
8. Samər Səid (“Əl-Ərəbi”, Küveyt) - 1283
9. Abel Resino Gomes (“Atletiko”, İspaniya) – 1275
10. Qaetan Huar (“Bordo”, Fransa) – 1266
0