Şahin Diniyevin komandası Rusiya çempionatında ağır məğlubiyyətlə üzləşdi
29.08.2009 - 10:22
Şahin Diniyevin komandası Rusiya çempionatında ağır məğlubiyyətlə üzləşdi
Azərbaycanlı mütəxəssis Şahin Diniyevin çalışdırdığı “Terek”in əvəzedici heyəti Rusiya çempionatının XX turunda ağır məğlubiyyətlə üzləşib. Apasport.az saytının məlumatına görə, Qroznı təmsilçisi səfərdə “Saturn”la matçda qapısında 4 cavabsız qol görüb.

Oyuna uğursuz başlayan Diniyevin yetirmələri rəqibin ardı-arası kəsilməyən hücumları önündə tab gətirə bilməyiblər. Bunun məntiqi nəticəsidir ki, “Saturn” birinci hissədə 3 dəfə fərqlənib. 86-cı dəqiqədə isə Nikitinski görüşdə son nöqtəni qoyub - 4:0.

Çempionatda 8-ci dəfə məğlubiyyət acısı dadan “Terek” hazırda 30 xalla 7-ci pillədə qərarlaşıb. Qroznılılar lider “Spartak”dan 13 xal geri qalırlar. Diniyevin komandası növbəti oyununu sentyabrın 12-də doğma meydanda “Tom”a qarşı keçirəcək.
0