Tuncay Şanlının transfer qiyməti neçəyədir?
29.08.2009 - 10:54
Tuncay Şanlının transfer qiyməti neçəyədir?
Türkiyə yığmasının futbolçusu Tuncay Şanlının İngiltərənin “Stouk Siti” klubuna transferinin maddi məbləği açıqlanıb. Apasport.az saytının məlumatına görə, 27 yaşlı hücumçu yeni komandasına 5 milyon funt-sterlinqə (8,14 milyon dollara) başa gəlib. Şanlı burada 20 nömrəli forma altında çıxış edəcək.

“Stouk Siti”nin baş məşqçisi Toni Pulis isə klubun rəsmi saytına müsahibəsində türk futbolçunun ünvanına xoş sözlər söyləyib: “Tuncay həqiqətən də bizə lazımlı oyunçudur. O, xüsusilə cərimə meydançasındakı qarışıqlıq anlarından məharətlə yararlanır”.

Qeyd edək ki, Şanlı “Stouk Siti”yə “Midlsbro”dan transfer olunub.
0