“Bakı” klubunun futbolçusu: Bu, qorxulu yuxuya bənzəyirdi
29.08.2009 - 11:15
“Bakı” klubunun futbolçusu: Bu, qorxulu yuxuya bənzəyirdi
“Mən “Bazel”lə görüşdə nə baş verdiyini deməyə çətinlik çəkirəm. Bu oyun qorxulu yuxuya bənzəyirdi. Elə bir yuxuya ki, onu unutmaq qeyri-mümkündür. Həm də bir daha belə yuxu görmək istəmirsən”. Apasport.az saytının məlumatına görə, bunu Avroliqanın dördüncü təsnifat mərhələsində mübarizəni dayandırmış “Bakı”nın futbolçusu Bəxtiyar Soltanov deyib.

İsveçrənin “Bazel” klubu ilə cavab görüşü barədə fikirlərini bölüşən gənc hücumçu böyük hesablı məğlubiyyətin səbəblərini açıqlayıb: “Biz meydana tam başqa əhval-ruhiyyədə çıxmışdıq. Lakin bir neçə dəqiqədən sonra anladıq ki, xoşagəlməz nəsə baş verir. Oyuna nəzarət edə bilmədik. Məğlubiyyətə görə hamı günahkardır. Yalnız bu matç haqqında düşünmək lazım deyil, qarşıda bizi Premyer Liqa gözləyir. Tezliklə fikrimizi çempionata yönəltməli və ciddi yarışlara hazırlaşmalıyıq”.

Qeyd edək ki, “Bakı” “Bazel”ə 1:3 və 1:5 hesabları ilə uduzub.

Mənbə: extratime.az
0