Branimir Subaşiç: 1 qol, 3 xal
31.08.2009 - 09:57
Çin çempionatında növbəti turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Bakının “Neftçi” klubunun sabiq futbolçusu Branimir Subaşiçin çıxış etdiyi “Çançun Yatay” ardıcıl ikinci qələbəsini qazanıb.
27 yaşlı hücumçunun komandası səfərdə “Şensi” klubunu 1:0 hesabı ilə məğlub edib. Komandasının qələbə topunu 90 dəqiqə meydanda olan Branimir vurub. Serbiyalı 21-ci dəqiqədə rəqib qapısına yol tapıb. 20-ci tur çərçivəsindəki bu qələbədən sonra hesabında 32 xal olan “Çançun Yatay” Superliqanın turnir cədvəlində 4-cü pilləyə qalxıb.
Subaşiçin komandası liderdən cəmi 2 xal geri qalır. “Çançun Yatay” növbəti matçını sentyabrın 5-də “Şanxay”a qarşı keçirəcək.

- Beyranvanddan möhtəşəm oyun - İran qapıçısı matçın oyunçusu seçildi
- Haaland üçün xüsusi plan yoxdur - Seneqal Norveçi gözləyir
- Arnolddan Mbappe zarafatı - “Üç qapıçı ilə oynaya bilərikmi?”
- Konseysaodan Ronaldoya tərif - “Onun kimisi olmayıb”
- "Fənərbaxça"dan rədd cavabı - Braun üçün təklif qəbul edilmədi
0
0