“Rəşad Sadıqova bir zəng etsəm, komandamıza gələr”
31.08.2009 - 10:05
“Rəşad Sadıqova bir zəng etsəm, komandamıza gələr”
Ötən mövsüm Azərbaycan futbolçuları Rəşad Sadıqovla Ramal Hüseynovun şərəfini qoruduğu Türkiyənin “Kocaelispor” komandasının yeni prezidentinin adı məlum olub. Apasport.az saytının məlumatına görə, rəhbər vəzifəyə seçilən Osman Nuri Yamana bir müddət dəstək verən klub rəsmisi Muammer Çelik nələr edə biləcəyini açıqlayıb.

Transferlər haqda da danışan Çelik Rəşadla yanaşı, Azərbaycanda oynayan Əhməd Dursun və Əli Cansun haqqında da danışıb: “Həmzə, Koray Avçı, Əmrə Toraman, İskəndər Köksal, Əli Cansun, Feridun, Taylan və Əhməd Dursun – bütün sadaladığım oyunçular “Kocaelispor”da olacaqdı. Bəzi futbolçular mənə zəng edib, bəziləri mesaj göndərib komandamızda oynamaq istədiyini bildirirdi. Rəşad Sadıqov üçün isə bir zəng yetər. Nə vaxt zəng etsəm, o vaxt da gələr. Bütün bu oyunçulardan 5-nin “Kocaelispor”da olması kifayətdir. İddia edirəm ki, bu 5 futbolçu ilə Superliqaya çıxmaq olar. Amma onların hamısının klubdan alacaqları var. Onları qaytarmaqla həm güclənərdik, həm də borclarımızı azaldardıq”.
0