Hafiz Məmmədovdan sərt qərar: TOPdan cəza!
31.08.2009 - 19:05
Hafiz Məmmədovdan sərt qərar: TOPdan cəza!
“Bakı”nın prezidenti Hafiz Məmmədov komandanın bütün futbolçularını cəzalandırıb. Klubun vitse-prezidenti Zeynal Məmmədov apasport.az saytına açıqlamasında bildirib ki, Avroliqadakı zəif oyunla əlaqədar futbolçulara, məşqçi və texniki heyət üzvlərinə pul cəriməsi kəsilib. O, konkret məbləğ açıqlamasa da, cərimələrin böyük olduğunu söyləyib.

“Heyətdəki bütün futbolçular cərimələnib. Eyni zamanda, bu cəza baş məşqçi də daxil olmaqla, məşqçilər heyətinə şamil olunub. Texniki heyətdən isə bəziləri cərimələnib, bəziləri isə yox. Cərimənin məbləğini açıqlamaq istəmirəm. Amma inanırıq ki, bu, onlara dərs olacaq” - deyə Məmmədov vurğulayıb.

Qeyd edək ki, “Bakı” Avroliqanın dördüncü təsnifat mərhələsində İsveçrənin “Bazel” klubu ilə qarşılaşmalarda qapısından ümumilikdə 8 top buraxıb - 1:3; 1:5.
0