Rusiya çempionatında 24 qol vuran hücumçu Azərbaycanda!
31.08.2009 - 23:00
Rusiya çempionatında 24 qol vuran hücumçu Azərbaycanda!
Bakının “İnter” klubu “transfer pəncərəsi”nin son günündə heyətinə yeni futbolçu cəlb edib. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisinin anlaşdığı həmin futbolçular arasında ən tanınmışı Litva yığmasının 30 yaşlı hücumçusu Robertas Poşkusdır.

Daha çox Samaranın “Krılya Sovetov” klubundakı çıxışı ilə məşhurlaşan Robertas Rusiya Premyer Liqasında 3 mövsümdə keçirdiyi 79 oyunda 24 qol vurub. Vətənində “Klaypeda”, “Jalqris” və “Kareda”nın şərəfini qorumuş Poşkus Almaniyada da top qovub və “Hamburq”un formasını geyinib. Bundan başqa, Robertas Polşada “Vidzev”, “Polonya”, Rusiyada “Zenit”, Moskva “Dinamo”su, “Rostov” və İsrailin “Bney Saxrin” komandalarında da oynayıb.

“İnter”in anlaşdığı digər 2 futbolçu gürcü baş məşqçi Kaxaber Sxadadzenin həmyerlisi – David Odikadze və braziliyalı Leonardo Roşadır.

Mənbə: Extratime.az
0