“Jaba Premyer Liqanın bombardiri olacaq”
31.08.2009 - 23:37
“Jaba Premyer Liqanın bombardiri olacaq”
“Jabanın çıxışından razı qaldım. 1-2 həftə məşq etməsə də, avrokubokda komandaya bacardığı köməyi göstərdi”. Bu sözləri apasport.az saytına açıqlamasında braziliyalı futbolçu Jabanı təmsil olunduğu komandaya gətirən “Bakı”nın vitse-prezidenti Tunca Afşar deyib. Onun sözlərinə görə, Türkiyənin “Ankaragücü” klubundan transfer olunan hücumçunun özünü göstərməsi üçün vaxt lazımdır.

Afşar ölkəmizə gətrdiyi futbolçu haqqında iddialı danışıb: “Onun hansı mövqedə oynaması, əvəzlənməsi baş məşqçinin işidir. Buna qarışa bilmərəm. Premyer Liqada daha hazırlıqlı, güclü Jaba görəcəksiniz. Çempionatın ən məhsuldar hücumçusu olacaq”.
0