Vitali Mutko: Bakıda Azərbaycanla oyunda işimiz asan olmayacaq
01.09.2009 - 09:33
Vitali Mutko: Bakıda Azərbaycanla oyunda işimiz asan olmayacaq
Rusiyanın idman, turizm və gənclər siyasəti naziri, Rusiya Futbol İttifaqının prezidenti Vitali Mutko ölkəsinin milli komandasının dünya çempionatının final mərhələsinə çıxmaq şanslarını dəyərləndirib. Apasport.az saytının məlumatına görə, RFİ rəhbəri yığmanın qarşıdakı oyunlarına da toxunub. O, Azərbaycanla oktyabrın 14-də Bakıda baş tutacaq qarşılaşmanı da unutmayıb: “Rəqibimizin Lixtenşteyn və Uels olmasından asılı olmayaraq, bütün qarşılaşmalara ciddi yanaşmalıyıq. İnanın ki, bizim üçün Uelslə görüş də çox çətin olacaq. Bakıda Azərbaycana qarşı oynamaq isə heç də asan olmayacaq. Ötən seçmə mərhələdə Andorra və İsraildə başımıza gələnlərin təkrarlanmaması üçün əlimizi yanımıza salmamalıyıq”.

Qeyd edək ki, Azərbaycan və Rusiya yığmalarının Bakıdakı matçı hər iki komanda üçün seçmə mərhələdə sonuncu qarşılaşma olacaq.
0