“Kocaelispor” “Xəzər-Lənkəran”ın sabiq oyunçusu ilə anlaşdı
01.09.2009 - 10:45
“Kocaelispor” “Xəzər-Lənkəran”ın sabiq oyunçusu ilə anlaşdı
Azərbaycanlı futbolçular Rəşad Sadıqov və Ramal Hüseynovla yollarını ayıran Türkiyənin “Kocaelispor” klubu heyətini gücləndirməkdə davam edir. Apasport.az saytının məlumatına görə, ötən mövsüm aşağı dəstəyə yuvarlanan İzmit təmsilçisi “transfer pəncərəsi”nin son günündə bir neçə oyunçunu sıralarına qatmağa səy göstərib. Superliqaya qayıtmaq əzmində olan “Kocaelispor” 4 futbolçu ilə ilkin razılıq əldə edib, daha 3 oyunçudan isə cavab gözləyir. İzmitlilərin prinsipial anlaşma əldə etdikləri oyunçular arasında “Xəzər-Lənkəran” klubunun sabiq üzvü Əhməd Dursun da var.
Qeyd edək ki, Əhməd ötən mövsümün ikinci dövrəsində lənkəranlıların heyətində çıxış edib.
0