Azərbaycan çempionu “Omoniya” ilə nə vaxt oynayacaq?
01.09.2009 - 10:54
Azərbaycan çempionu “Omoniya” ilə nə vaxt oynayacaq?
Naxçıvanın “Araz” klubunun futzal üzrə UEFA kubokunda keçirəcəyi oyunların vaxtı müəyyənləşib. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, Azərbaycan təmsilçisi yarışın ikinci seçmə mərhələsindəki ilk matçını oktyabrın 1-də Kiprin “Omoniya” klubuna qarşı keçirəcək.

Ertəsi gün yenidən meydana çıxacaq “Araz”ın ikinci rəqibi Serbiya təmsilçisi “Kolubara” olacaq. Komandamızın iştirakı ilə keçirilən bu iki matç Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Naxçıvanlıların oktyabrın 4-də Xorvatiyanın “Potpiçan” klubu ilə baş tutacaq görüşü isə 23:30-a planlaşdırılıb.

Qeyd edək ki, Azərbaycan təmsilçisinin çıxış edəcəyi 5-ci qrupun bütün oyunları Xorvatiyanın Pula şəhərindəki “Mate Parlov” İdman Kompleksində keçiriləcək.
0