Türk futbolçu özü haqda çəkilən filmdə qol vurdu
01.09.2009 - 11:12
Türk futbolçu özü haqda çəkilən filmdə qol vurdu
Rusiyanın “Zenit” klubunun türkiyəli futbolçusu Fatih Təkkə haqqında film çəkilir. Apasport.az saytının məlumatına görə, bu məqsədlə Türkiyədən bir qrup jurnalist və operator Rusiya Premyer Liqasının XX turu çərçivəsində keçirilən “Ximki” - “Zenit” (0:4) oyununa təşrif buyurub.

İş elə gətirib ki, Təkkə hesabı açıb və bununla da, film çəkənlərin köməyinə çatıb. 24-cü dəqiqədə rəqib qapısına yol tapan hücumçu əllərini havaya qaldıraraq, türkiyəli qonaqların əyləşdiyi tribunaya doğru qaçıb. Filmin tezliklə hazır olacağı bildirilir.
0