“Fabio Luis Ramim ümidləri doğrultmadı”
01.09.2009 - 13:17
“Fabio Luis Ramim ümidləri doğrultmadı”
Milliləşən braziliyalı futbolçu Fabio Luis Ramimin Azərbaycan yığmasının sentyabrda keçiriləcək seçmə oyunlarına hazırlaşan heyətindən kənarlaşdırılmasının səbəbi məlum olub. Apasport.az saytının məlumatına görə, onun sentyabrın 5-də Lənkəranda Finlandiya, 9-da Hannoverdə Almaniya ilə görüşəcək komandanın 31 nəfərlik ilkin heyətindən kənarlaşdırılan 7 oyunçu arasında yer alması səbəbsiz deyil. Yığmanın məşqçisi Vaqif Sadıqov bunu Ramimin ümidləri doğrultmaması ilə bağlayır: “Fabio Luis Ramim və Bəxtiyar Soltanov çıxış etdikləri “Bakı” klubunun heyətində avrokuboklarda göstərdikləri oyunla ümidlərimizi doğrultmadı. Buna görə də Fabiodan imtina edib, Bəxtiyarı gənclər yığmasına göndərdik. Orada oynayıb oyun praktikası qazanar. Baş məşqçimiz Berti Foqts heç kimə güzəşt etmək fikrində deyil. Yığmanın qapıları hazır futbolçuların üzünə açıqdır. Get məşq et, klubun heyətinə düş, sonra yığmaya çağırılarsan. Artıq yığmamızda da yaxşı rəqabət yaranıb”.

Extratime.az
0